BAR VƏ RESTORANLAR

Bizim Kompleks qonaqlarına müasir avadanlıqlarla təchiz olunmuş, peşəkar heyət və ləziz mətbəxi ilə bir neçə restoran təqdim edir.
Siz bizim restoranlarımızda milli və xarici mətbəxin təamlarını dada bilərsiniz

Mobirise

İpək Restoranı

Mobirise

Nuxa Restoranı

Mobirise

Lobbi Bar

Mobirise

Göl Kafe

İpək Restoranı


Səhər yeməyi yalnız yemək deyil, günə başlamaq üçün bir mərasimdir. Rahat və sərbəst bir səhər yeməyi Sizi enerji ilə təmin etmək və gün boyu xoş əhval-ruhiyyə qazandırmaq üçün hazırlanmışdır. Buna görə İpək Restoranının qapıları hər gün ləzzətli bir səhər yeməyi üçün açıqdır. Səhər yeməyini sevənlər üçün restoranımızın yay terrası günəşin ilk şüaları ilə bərabər fəaliyyətə başlayır.

Nuxa Restoranı


Nuxa Restoranında Siz ənənəvi Azərbaycan yeməkləri ilə yanaşı dadlı və ləziz təamlar tapa biləcəksiniz.
Nuxa Restoranının terrası möhtəşəm mənzərədən həzz alaraq qayğılardan uzaq olub rahatlaşmağın yeganə yollarından biridir. Bura kompleksimizin parlaq və romantik məkanlarından biridir. Burada Siz rahat bir mühitdə və özünüzü sərbəst hiss edib milli yeməklərimizdən həzz ala bilərsiniz.  

Lobbi Bar


Lobbi bar sizə yüngül yeməklər, kokteyllər, ənənəvi nahar sonrası çay dəstgahı, dadlı şirniyyatları təqdim edir. Bura dostlarınızla birgə dincəlmək, bir şüşə şərab, şampan və yaxud müxtəlif desertlərlə birgə təqdim olunan kokteyllərdən həzz almaq üçün ideal məkandır.
Lobbi terrasda siz heyrətamiz dərəcədə gözəl panoramlı mənzərədən zövq alacaq, zərif musiqi sədaları altında zövqlü interyerdən, dadlı içki və təamlarımızdan həzz alacaqsınız.  

Armudu Çay Evi


Milli üslubda hazırlanmış Armudu çay evi unudulmayan bir məkandır. Bu məkanın özünəməxsusluğu təqdim etdiyi geniş çeşidli içkilər və yüngül qəlyanaltılarla mükəmməl tamamlanır.
Təzə çayın və kofenin ətriylə heç nə müqayisə olunmur, xüsusilə canlandıran dağ havasını hiss etdikdən sonra...

Göl Kafe


Aydın səma və yamyaşıl dağların müşayiəti altında göl mənzərəsini izləyərək ətirli Azərbaycan çayının və yerli şirniyyat nümunələrinin dadından həzz alıb, təmiz dağ havası, gözəllik və təbii sakitlikdə ruhunuz oxşayacaq.

Kamin Otağı


Kamin otağı sakit bir qış axşamı üçün əla seçimdir. Dadlı şərab, yanan alovun həzin şaqqıltısı, səmimi personal və göz oxşayan atmosfer -bir sözlə dostlarınız və yaxınlarınızla mükəmməl bir istirahət üçün ehtiyac duyduğunuz hər şey burada mövcuddur.



Yeni kampaniyalar və endirimlərdən xəbərdar olmaq üçün abunə olun...

© 2020 Bütün hüquqlar qorunur.