İstirahət Kompleksimizə xoş gəlmişsiniz


Azərbaycanın ən yaxşı otellərindən biri Marxal Resort & Spa doğma ev füsunkarlığı ilə 5 ulduzlu məkanın lüksu və rahatlığını özündə birləşdirir. İçəri addımladığınız ilk andan etibarən bura Sizi özü ilə uzaqlara aparır. Geniş qarşılama ərazisi Sizə xoş salamlama, sakitləşdirici və möhtəşəm mühit təqdim edir. Bu mehmanxana qüsursuz qonaqsevərliyi ilə Sizə istirahətiniz boyunca öz evinizdə olduğunuz kimi əziz qonaq hissini verəcək.

Marxal Resort & Spa Kompleksi Şəkinin dağlarla əhatə olunmuş sirli guşəsində, dəniz səviyyəsindən 1080 m. yüksəklikdə yerləşir. Otelin coğrafi mövqeyi onu təkrarolunmaz və xüsusi edir. Mehmanxana Şəki Şəhər mərkəzindən 6 km., Şəki Dəmiryol Vağzalından 14 km., Qəbələ Hava limanından 105 km, Bakı Beynəlxalq Hava limanından 324 km. məsafədə yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri və abidələr qoruğudur.

* * * * * 

Viza prosedurları

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər (əcnəbilər) Azərbaycan Respublikasına öz pasportları ilə onlara beynəlxalq razılaşmalara uyğun olaraq verilmiş vizalar əsasında müəyyən edilmiş sərhəd zonalarından keçərək daxil ola bilərlər.
Azərbaycan Respublikasının üzv olduğu dövlətlərarası qaydalarla müəyyən edilmiş bəzi dövlətlərin vətəndaşları Azərbaycan Respublikasına vizasız daxil ola bilərlər.
Vizaya müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

• 1 ədəd ərizə forması
• 2 ədəd rəngli foto (ağ fon, 3×4 sm)
• Əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd
• Dəvətnamə məktubu, turist vizası üçün vauçer və ya turistin ziyarətini təsdiq edən digər sənəd
• Dövlət rüsumunun ödənişi haqqında qəbz


Əcnəbi vətəndaşın pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlığının bitməsinə üç aydan az vaxt qalarsa, viza verilməyəcəkdir.

Azərbaycana ziyarət etmək istəyən turistlər elektron viza üçün aşağıdakı link vasitəsi ilə müraciət edə bilərlər:




Yeni kampaniyalar və endirimlərdən xəbərdar olmaq üçün abunə olun...

© 2020 Bütün hüquqlar qorunur.